Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P. İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq tədbirləri davam etdirilir.