Bakıda yolu bağlayan TIR sürücüləri SAXLANILDI: Bu gün məhkəmə olacaq

Kriminal 18 Fevral 2022 | 10:25
OXUNUB: 656
Xəbər verdiyimiz kimi, fevralın 17-i səhər saatlarında "R-GROUP” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayaraq etiraz etmiş və nəticədə saatlarla süni tıxac yaratmışdılar.

Sfera.az xəbər verir ki, hadisə ilə bağlı TIR sürücüləri Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların üzr videoları da yayılıb.

Bu gün adıçəkilən şəxslərlə bağlı toplanmış materiallar məhkəməyə göndəriləcək və onların əməlinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov rayon Polis İdarəsinin İstintaq  Şöbəsində Cinayət işi başlanılıb.
 
(lent.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man