DİN COVID-19 sertifikatı olmayan vətəndaşlara xəbərdarlıq etdi

Kriminal 14 Fevral 2022 | 15:45
OXUNUB: 774
Daxili İşlər Nazirliyi (DİN) COVID-19 sertifikatı olmayan vətəndaşlara xəbərdarlıq edib.

DİN-in Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev açıqlamasında bildirib ki, COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə polis əməkdaşları tərəfindən bundan sonra da gücləndirilmiş nəzarət profilaktiki tədbirlər həyata keçiriləcək.

"Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən etibarən immunitet və ya əks göstəriş sertifikatı olmayan vətəndaşın sonuncu COVID-19 virusuna qarşı qəbul etdikləri peyvənddən 6 aydan artıq müddət keçibsə, onların xidmət sahələrindən idman sağlamlıq mərkəzlərinə, iri ticarət obyektlərinə, kafe, restoran, çay evləri və digər iaşə obyektlərinə girişi qadağan olunacaq", - o vurğulayıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən sonra buster doza vurdurmayan şəxslər ictimai iaşə müəssisələrinə, qapalı məkanlara, idman zallarına, şənlik mərasimlərinə buraxılmayacaqlar.
 
(report)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man