Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Kriminal 13 Fevral 2022 | 15:39
OXUNUB: 1485
Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən şəxs zərərsizləşdirilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, axtarılan Aydın Babayevin Səbail rayonu ərazisində gizləndiyi yer müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı o silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev ötən gün tanışı Məlahət Şükürovanı bıçaqlayıb.

Hadisə yerinə gələn Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man