Astarada bacı qardaşına balta ilə xəsarət yetirib.
Rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, yanvarın 5-də Təngərüd kənd sakini 1982-ci il təvəllüdlü İlkin Qənbərova yaşadığı evdə xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin bacısı 1986-cı il təvəllüdlü Nadirə Qənbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında olmuş mübahisə ilə əlaqədar yatmış vəziyyətdə olan İlkin Qənbərova balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Nadirə Qənbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.