Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayevin məhkəməsinin vaxtı məlum olub.
Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası 2022-ci ilin yanvarın 10-na təyin edilib.
Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, B.Qocayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Keçmiş MTN əməkdaşı 70 min manatdan çox pulu mənimsəməkdə təqsirləndirilir.
B.Qocayev vaxtilə MTN-in Qusar və Kürdəmir rayon şöbələrinin rəisi vəzifələrində çalışıb.
O, 2016-cı ildə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən azad olunub.