Çobana “Qardaşın arvadı yüngül həyat tərzi keçirir” deyən ferma sahibi qətlə yetirildi

Kriminal 28 Dekabr 2021 | 14:23
OXUNUB: 662
Azərbaycanda çobanın ferma sahibini öldürməsinin təfərrüatı bəlli olub.

Sfera.az oxu.az-a istinadən məhkəmə istintaqı materiallarına əsasən, cinayət işinin motivini təqdim edir.

2021-ci ilin fevral ayında Samuxun Qarabağlar kəndindəki fermada çoban kimi işə düzələn Samir Quliyevin bir müddətdən sonra ferma sahibi Arzu Abdullayevlə fikir ayrılığı yaranır.

Belə ki, Arzu Abdullayev Samir Quliyevə əvvəlcədən danışdıqları aylıq ödənişi verməkdən boyun qaçırır.

"Bizim aramızda əvvəlcədən hər şey yaxşı idi, amma sonradan ödənişlə bağlı problemlər başladı. Mən Arzunun vasitəsilə qardaşımın evinə ət göndərmişdim. Bundan sonra o məni təhqir etdi, qardaşımın arvadının yüngül həyat tərzi keçirdiyini bildirdi”, - Samir Quliyev ifadəsində belə deyir.

Bu sözlərdən sonra S.Quliyev ferma sahibinə üç gün vaxt verir ki, dediklərini sübut etsin.

Ödənişlə bağlı yaranan mübahisəni bu söhbət daha da dərinləşdirir. Dediklərini sübut edə bilməyən Arzu Abdullayev isə Samir Quliyevi 2021-ci ilin iyul ayında fermadan kənarlaşdırır.

Olanlardan təsirlənən Samirdə qisasçılıq hissləri yaranır. Onda qisas hissləri spirtli içki qəbul etdikdən sonra aşkar şəkildə özünü büruzə verir.

2021-ci ilin iyulun 29-da o, qonşu fermaların birində yaşayan tanışı ilə yeyib-içdikdən sonra Arzunu öldürmək qərarına gəlir.

"Mən yeyib-içdim, gecə saatları idi. Arzu ilə aramda olan narazılığa son qoymaq üçün onun yanına getdim”, - deyə Samir Quliyev bildirir.

Samir fermanın istirahət otağına girərkən Arzunun çarpayıda uzandığını görür, Arzu isə onu görən kimi dərhal ayağa qalxır. Bu zaman onlar arasında əlbəyaxa dava başlayır. Arzu əlinə keçən bellə Samiri vurur, Samir də cavab olaraq cibində gəzdirdiyi bıçağa əl atır və Arzuya bir neçə bıçaq zərbəsi endirir.

Məhkəmədə zərərçəkmiş şəxsin yaxınları isə ifadələrində Samir Quliyevi heyvan oğurluğunda ittiham ediblər. Onlar bildiriblər ki, Samirin fermaya gəlişindən sonra fermada heyvanların sayında azalma müşahidə edilib.

Belə ki, o, heyvanların ölməsi barədə Arzuya məlumat versə də, dərilərini ona göstərməyib.

Bu səbəbdən Arzunun Samirlə münasibətlərində gərginlik yaranıb, hətta hadisədən bir neçə gün öncə dalaşıblar.

Səbəb nə olursa-olsun, Samir Quliyevin cinayəti qəsdən adam öldürmək maddəsi ilə tövsif edilib.

Məhkəmənin hökmü o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man