Ucarda əməliyyat: Saxlanılanların biri qadındır

Kriminal 06 Dekabr 2021 | 17:02
OXUNUB: 772
Ucar rayonunda narkotik vasitə ilə tutulan şəxslərin digər cinayət əməllərinin üstü də açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Həbib Qasımov, Rəşad Seyfəddinli və Akşin Cəbrayılov saxlanılıblar.

Həmin şəxslərdən "patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb.

Belə ki, saxlanılan üç nəfər şəxs rayonun Qulabənd kənd sakini Xəyalə Peşmanova ilə qabaqcadan əlbir olaraq 2020-ci ilin dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq oradan 3 500 manat dəyərində məişət əşyalarını oğurluq yolu ilə ələ keçiriblər.

Bundan əlavə R.Seyfəddinli ilə X.Peşmanovanın rayon ərazisində yerləşən digər bir evdən 9 800 manat pul, qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

X.Peşmanova da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.

Oğurluq yolu ilə əldə olunan qənimətlərin əksəriyyəti dəstə üzvləri tərəfindən dəyərindən ucuz qiymətə satılıb, bir qismi isə maddi sübut kimi şöbə əməkdaşları tərəfindən götürülüb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man