Qadınları Türkiyəyə göndərib fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ

Kriminal 06 Dekabr 2021 | 15:24
OXUNUB: 1552
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasında yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Konya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Sabirabad rayon sakini Kəmalə Cəfərova tutulmuşdur.   

DİN-dən Sfera.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.   

Məhkəmənin hökmünə əsasən K.Cəfərova Cinayət Məcəlləsinin həmin  maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man