"Oğlum uşaq vaxtından hərbçi və yaxud polis olmaq istəyirdi. Lakin sağlamlığı ilə bağlı problemə görə ola bilmədi”.
Sfera.az Rusiya KİV-nə istinadla xəbər verir ki, bunu Rusiyada Perm Dövlət Universitetində silahlı hücum təşkil edən Timur Bekmansurovun anası sorğu zamanı oğlu barədə danışarkən deyib.
T. Bekmansurovun anası, həmçinin qeyd edib ki, oğlu silah və tarix ilə maraqlanıb.
"Düşünürəm ki, övladım ideal idi. O, mənə hər şeydə kömək edirdi. Əminəm ki, o, heç vaxt spirtli içki içməyib və siqaret çəkməyib. Psixi vəziyyətində heç bir geriləmə olmayıb. Heç vaxt aqressiya nümayiş etdirməyib. Bildiyim qədərilə o, hərbi mövzuda, xüsusilə də atasının əvvəllər ezamiyyətə yollandığı Suriya barədə çox oxuyurdu”, - deyə qadın bildirib.
Bununla yanaşı, Timurun anası vurğulayıb ki, onun oğlu çox ağıllıdır: "Sadəcə şokdayam! Deyə bilərəm ki, oğlum insanları sevmirdi. Müəyyən çevrəsi vardı və yalnız onlarla ünsiyyətdə olurdu. Bununla yanaşı, səs-küylü məkanları sevmirdi, daha çox sakitliyi və evdə tək olmağı sevərdi”.
Qeyd edək ki, Timur Bekmansurov dünən təhsil aldığı Perm Dövlət Universitetində silahlı insident törədib. Nəticədə, 8 nəfər həlak olub, 28 nəfər yaralanıb.
18 yaşlı I kurs tələbəsini hadisə yerinə ilk gələn polis əməkdaşı yaralayaraq saxlaya bilib. O, dizlərindən, qarnından və sinəsindən güllə yarası alıb. Hazırda xəstəxanada olan Timurun vəziyyəti ağır olaraq qiymətləndirilir.