Evdən çıxan COVID-19 xəstələri barədə cinayət işi başlandı

Kriminal 28 Avqust 2021 | 12:11
OXUNUB: 1202
Suraxanı rayonunda yaşayış yerini bilərəkdən tərk edən 2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb.

DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, onlarla izahedici söhbətlər aparılıb və həmin şəxslər yaşadıqları evə qaytarılıblar.

Həmin şəxslər - Zığ qəsəbəsində yaşayan E.Mehtiyev və Suraxanı qəsəbəsində yaşayan B.Bayramovun barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların nəzərinə çatdırılır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man