Xudatda minik avtomobili at arabasını vurdu, xəsarət alanlar var

Yol qəzaları 27 İyul 2021 | 01:00
OXUNUB: 2356

Xudatda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report”a istinadən xəbər verir ki, hadisə şərti olaraq “İkinci şöbə” adlanan yerdə qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olan at arabasını vurub. Nəticədə arabada olan Xudat qəsəbəsi sakini, 1961-ci il təvəllüdlü, Məhəmməd Cəfərağa oğlu Xalıqov və Quba rayonunun Vladimirovka kənd sakini, 2009-cu il təvəllüdlü İlkin Rüstəm oğlu Cəfərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man