DİN-in “patı” əməliyyatı davam edir: Daha 4 nəfər saxlanıldı

Kriminal 19 İyul 2021 | 13:04
OXUNUB: 972
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və "patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rövşən Mirzəyev Liman şəhəri ərazisində narkotik vasitə heroini satarkən saxlanılıb və üzərindən əlavə olaraq 4 bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə R.Mirzəyevə həmin psixotrop maddəni Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Ələsgər Kəlbizadənin satdığı müəyyən olunub. Ə.Kəlbizadənin yaşadığı evin zirzəmisindən 1 kiloqram 43 qram heroin, 512 qram "patı”, "şüşə” kimi tanınan metamfetamin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rakif Əliyev və Vaqif Mirzəyev saxlanılıblar. Onların üzərindən satış məqsədilə saxladıqları ümumilikdə 14 bükümdə heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man