Azərbaycanda əri ilə mübahisə edən gənc qadından dəhşətli addım

Kriminal 20 İyun 2021 | 14:47
OXUNUB: 2598
Masallıda gənc qadın özünə bıçaqla xəsarət yetirib.

Sfera.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun İsgəndərli kəndində baş verib.

Kənd sakini, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Günay Vüsal qızı Məmmədova bir müddət əvvəl atasının evinə qayıdıb. Onun əri, Mehdiabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Böyükağa Əhliman oğlu Orucov qadını geri qaytarmaq üçün Masallıya gəlib. Lakin bu zaman onlar arasında münaqişə yaranıb. Münaqişə zamanı G.Məmmədova bıçaqla özünə xəsarət yetirib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, ağ ciyər səthinin zədəsi diaqnozu qoyulub. G.Məmmədova əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man