Həbs edilən sabiq deputat aclıq aksiyasına başladı

Kriminal 12 Aprel 2021 | 13:57
OXUNUB: 1242
Vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək həbs edilən sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı məlumat paylaşıb.

O bildirib ki, 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Hüseyn Abdullayev ona verilən 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına etiraz olaraq aclıq aksiyası keçirir.

İttihama görə, H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır.

Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefonla "Autist Uşaqların Reabilitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.

Xatırladaq ki, Hüseyn Abdullayev bir neçə gün öncə ölkə rəhbərliyinə müraciət edərək həbsinin ədalətsizlik olduğu üçün  Azərbaycan vətəndaşlığından çıxarılmasını istəmişdi. // "Qafqazinfo"
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man