Özünü tövlədə asan 16 yaşlı gəncin intihar səbəbi MƏLUM OLDU – “Biz gedirik, sən evdə qal…”

Kriminal 07 Aprel 2021 | 11:53
OXUNUB: 1027
Xəbər verildiyi kimi, Gədəbəy rayonunun Pərizamanlı kəndində 16 yaşlı oğlan intihar edib.

2005-ci il təvəllüdlü Şöhrət Vüqar oğlu İbrahimovun yaşadığı evin həyətində özünü asdığı bildirilir.

Sfera.az bildirir ki, bizim.media baş verən intihar hadisəsinin təfərrüatlarını öyrənib. 
Pərizamanlı kənd bələdiyyə sədri Qamət Məsimov saytımıza açıqlamasında intihar edən gəncin həddindən artıq sakit və tərbiyəli biri olduğunu deyib:

"İntiharın konkret səbəbi bilinmir. Kənd daxilində söylənənlərə görə yaxın qonşularında yüngülvari yığıncaq olub. Oğlan da ora getmək istəyib. Amma atası icazə verməyib. "Biz gedirik, sən evdə qal və mal-heyvan gələndə yerinə bağla” deyib. Valideynləri həmin yığıncağa gediblər və oğlan evdə tək qalıb.

Qayıdanda uşağı evdə tapmayıblar. Telefonuna zəng edəndə səsi tövlədən gəlib. Tövləyə girəndə oğlanın ayağının altına ot tayı qoyub özünü asdığını görüblər. Hadisəni belə danışırlar”.

Bələdiyyə sədrinin sözlərinə görə, intihar edən oğlanın ailəsi sakit və problemsizdir:

"Şöhrət İbrahimov 9-cu sinifdə oxuyurdu və evin tək oğlu idi. Onu sakit və mədəni olaraq tanıyırıqdıq. Bir bacısı da var”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man