Gəncədə keçmiş arvadını benzin töküb yandıran şəxsə 14 il həbs cəzası verildi

Kriminal 25 Fevral 2021 | 17:29
OXUNUB: 1695
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Simon Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az xəbər verir ki, hakim Natiq Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, S.Abbasov 14 il müddətə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, hadisə ötən il aprel ayında Gəncə şəhərində baş verib. Simon Abbasov boşandığı arvadı 34 yaşlı K. Abbasovanın yaşadığı ata evinə gələrək onun üzərinə benzin tökərək yandırıb. Yaxınları onun paltarını söndürüb və qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
İttihama görə, arvadının onun anasına zəng edərək nalayiq ifadə işlətməsindən əsəbiləşən S.Abbasov ondan qisas almaq istəyib.

Hadisə zamanı S.Ababsovun özü də yanıq xəsarətləri alıb./Report
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man