Direktorun evindəki qonaqlıqda 15 min manat necə itib? - DİN-dən AÇIQLAMA

Kriminal 24 Dekabr 2020 | 13:36
OXUNUB: 1375
Daxili İşlər Nazirliyi Qusar rayonunda məktəb direktorunun evində 45 nəfərlik məclis təşkil etməsi və həmin məclisdə 15 min manat pulun oğurlanması haqda yayılan məlumatlara münasibət bildirib.

 

 

Sfera.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə təqdim edilən məlumatda hadisə təhrif edilib:

 

"Qusar rayon Mucuq kənd məktəbinin direktoru Zaur Məlikov və həyat yoldaşı koronavirusa yoluxub. Evlərinə təcili tibii yardım çağırıblar və həkimlər onları xəstəxanaya yerləşdirmək üçün apararkən Zaur Məlikov evində saxladığı pulun bir qismini özü ilə götürüb. Qalan pulu isə ənənəvi yerə deyil, başqa bir yerə qoyub.


 

Daha sonra xəstəxanadan oğluna zəng edərək evdəki puldan bir qədər götürməsini istəyib. Lakin pulun yerini dəyişdirdiyini ona deməyib. Zaur Məlikovun oğlu pulun həmişə olduğu yerə baxdıqda onu tapmayıb və bu barədə nənəsinə məlumat verib. Oktyabrın 22-də nənəsi polisə müraciət edərək evlərindən 6 min dollar və 30 min rus rublu oğurlandığını bildirib.


 

Daxil olan müraciət üzrə araşdırma başlayıb və bu müddətdə Zaur Məlikov ilə arvadı sağalaraq evə buraxılıb. Onlar evə gəldikdən sonra oğurluq haqda müraciət edildiyini öyrəniblər. Zaur Məlikov pulu yerini dəyişdiyi, yəni ən sonda qoyduğu yerdən götürüb. Bundan sonra polisə ərizə ilə müraciət edərək oğurluq faktı olmadığını, anlaşılmazlıq olduğunu və hazırda heç bir şikayətinin olmadığını bildirib”.


 

E.Zahidov əlavə edib ki, hadisə ilə bağlı bundan başqa qeyd edilənlər yalandır.


 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Z.Məlikov oğlu Kənanın universiteti bitirməsi münasibətiylə müəllim və direktorların iştirakı ilə 45 nəfərlik məclis təşkil edib, həmin məclisdən sonra evdən 15 min manat itib. Z.Məlikov polisə müraciət edərək qonaqlardan şikayətçi olub. İddialarda deyilir ki, araşdırma zamanı pulu elə Z.Məlikovun oğlu Kənanın oğurladığı məlum olub və Kənan həmin pulun 5 min manatını qonşu kənddə sevdiyi qızın imtahan kəsrlərini bağlaması üçün xərcləyib.


 

DİN isə bu iddiaların əsassız olduğunu qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man