Bakı Nəqliyyat Agentliyi "ideal səki" layihəsini davam etdirir - VİDEO

İqtisadiyyat 13 Fevral 2020 | 13:43
OXUNUB: 2322

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol infrastrukturu və sərnişindaşımada əlçatanlığın təmin olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 2017-ci ilin dekabrından etibarən Bakı şəhərinin küçə və prospektlərində fiziki imkanları məhdud olan şəxslərin, uşaq arabası ilə hərəkət edən piyadaların rahat hərəkət etməsi üçün səkilərdə pandusların quraşdırılmasına başlanılıb.

Sfera.az xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev report-a verdiyi açıqlamada bildirib ki, şəhərin mərkəzi hissəsində demək olar bütün səkilərdə pandusların quraşdırılması başa çatıb:

"Hazırda bu işlər mərkəzdən kənar hissələrdə davam etdirilir. Düşünürük ki, növbəti mərhələlərdə pandusların quraşdırılması fiziki imkanları məhdud şəxslərin daha çox üz tutduğu ünvanlarda, xüsusən də sosial reabilitasiya mərkəzlərinin, müalicə mərkəzlərinin ətrafındakı səkilərdə həyata keçirilsin. Eyni zamanda, yol infrastrukturunda əlçatanlığın təmin edilməsi məqsədilə "ideal səki” layihəsi çərçivəsində də işlər görülür. "İdeal səki” layihəsinin bir çox müsbət cəhətləri var. Əsas müsbət cəhətlərindən biri odur ki, bu layihə çərçivəsində həm fiziki imkanları məhdud şəxslər, həm də digər piyadalar üçün uyğun hərəkət mühiti yaradılır".

M.Ağayev vurğulayıb ki, yararsız vəziyyətdə olan səkilərin asfalt örtüyü tamamilə yığışdırılır və xüsusi tamet plitələr qoyulur: "Bu zaman görmə imkanları məhdud şəxslər tərəfindən hiss oluna biləcək taktil plitələr düzülür. "İdeal səki” layihəsində düzəldilən səkilərin digər bir üstün cəhəti odur ki, hər hansı bir kommunikasiya xəttinin dəyişdirilməsi zamanı söküntü-qazıntı işlərinin aparılmasına ehtiyac olmayacaq. Çünki bu səkilər hazırlanan zaman örtük vurulmamışdan əvvəl səkilərin altına xüsusi borular atılır".

Agentlik sözçüsü qeyd edib ki, hazırda bununla bağlı Səməd Vurğun küçəsi və Hənifə Ələsgərov küçəsində işlər davam etdirilir: "Nərimanov rayonu ərazisində bəzi küçələrdə bu işlər icra olunub. Qarşıdakı aylarda Nərimanov rayonu ərazisində Ağanemətulla küçəsi, Xoyski prospekti boyunca və Faiq Hüseynov küçəsi ətrafında daha geniş şəkildə icra olunacaq. Sadaladığım ünvanlar görmə imkanları məhdud olan şəxslərin daha sıx yaşadığı yerlərdir. Eyni zamanda, onlar üçün müəyyən edilmiş internat məktəbi, müalicə müəssisələri bu ərazilərdə yerləşir. Həmin ərazilərdə "ideal səki” layihəsi çərçivəsində bu cür taktil piltələrin düzülməsi təmin olunacaq. Həmçinin, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun ətrafında bu cür taktil piltələrin düzülməsi təmin olunub və gələcəkdə də bu işlər davam etdiriləcək”.

]

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man