Expressbank-da UNEC tələbələri üçün açıq qapı günü keçirildi

İqtisadiyyat 27 Dekabr 2019 | 10:20
OXUNUB: 2216
 

Expressbank-da gənclərin yeni biliklər əldə etməsinə və bank fəaliyyəti ilə yaxından tanış olmağa yönəlmiş tədbirlərin keçirilməsi artıq ənənə halını almışdır. 

 

Bu təşəbbüsün davamı olaraq 19 dekabr tarixində Bankda tələbələr üçün açıq qapı günü elan edilmişdi.

 

Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan 4-cü kurs tələbələrin bilik, bacarıq, və təcrübə əldə etməsi baxımından bankın iş prosesi ilə tanış olmaları üçün Expressbank-da şərait  yaradılmışdı.

 

İnsanlar Resursları departamentinin əməkdaşları  tələbələri salamlayaraq, Expressbank-ın tarixi haqqında qısa məlumat təqdim etdi. Daha sonra hər bir şöbəyə tələbələr ilə birlikdə ziyarət edildi, iş prosesi ilə yaxından tanış olundu. Şöbə və departament nümayəndələri bank məhsul və xidmətləri, bankda iş təcrübəsi haqqında və karyera qurmaq üçün vacib olan amillər barədə təqdimat ilə çıxış etdilər. Görüşün sonunda qarşıdan gələn bayramlar münasibətilə tələbələrə Expressbank adından hədiyyələr təqdim edildi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man