Unibank 2019-cu ilin 3-cü rübünü mənfəətlə başa vurub

İqtisadiyyat 31 Oktyabr 2019 | 17:20
OXUNUB: 1038
 
"Unibank” KB ASC 2019-cu ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2019-cu
il tarixə bankın əldə etdiyi mənfəət 66,8 milyon manat təşkil edib. Bu ilin 9 ayının nəticələrinə
görə, "Unibank"ın  cəmi əməliyyat gəlirləri 46 milyon manat olub.
İlin əvvəlindən bu yana bankın aktivlərinın həcmində 93 milyon manat- 13% artım qeydə alınıb.
Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 789 milyon manat təşkil edib. 9 ay ərzində
məcmu kapitalın həcmi də çoxalıb. Məcmu kapitalın həcmi 30% artaraq 82, 3 milyon manata
çatıb.
Hesabat dövrünə "Unibank”da əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit
məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb. 2019-ci ilin 3-cü rübündə
də bankda aktiv kreditləşmə müşahidə olunub. İlin ilk 9 ayının nəticələrinə görə, ümumi kredit
portfeli 25 milyon manat, yəni 5%-dək artıb. Bununla da ümumi kredit portfeli 492,9 milyon
manat olub. Bank tərəfindən real sektorun kreditləşdirilməsində də artım var. Artım həm kiçik,
orta sahibkarlığın maliyyələşdirilməsi, həm də mikrokreditləşmə üzrə baş verib.
Ölkə bankçılıq tarixində ilk dəfə olaraq biznes kreditlərinin onlayn verilməsini həyata keçirən
Unibank, kreditin dəqiqələr ərzində və banka gəlmədən əldə edilməsini təmin etməklə,
sahibkarlara dəstəyini bir qədər də artırıb. Təkcə onlayn formada ayrılan kreditlərin sayı son 1 il
ərzində 100-ü keçib. Yaxın aylar ərzində Unibank real sektorun kreditləşməsinin xeyli  hissəsini
onlayn formada həyata keçirməyi planlaşdırır.
"Unibank”ın depozit portfeli də 9 ay ərzində böyüyüb. 30 sentyabr 2019-cu il tarixinə müddətli
əmanətlər üzrə depozit portfelinin artımı 17%-i ötüb. Həmin tarixə depozit portfelinin həcmi 340
milyon manata çatıb.
Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində ən aktiv banklar sırasında qalmaqda davam edir.
2019-cu ilin əvvəlindən 30 sentyabr tarixinədək təkcə debet kartların sayında 21%  artım qeydə
alınıb.
Sosial layihələr bu il ərzində də "Unibank”ın diqqət mərkəzində olub. Bank 2020-ci ilədək
Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının
rəsmi dəstəkçisidir. İndiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran
dörd lisenziyadan ikisi məhz "Unibank”ın dəstək verdiyi paralimpiya komandası tərəfindən
qazanılıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət
şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial
layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq
görülüb. 
Unibank- hər kəsin bankı!
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man