"Fitch Ratings": Azərbaycan Cənubi Qafqazda birincidir

İqtisadiyyat 04 Oktyabr 2019 | 15:00
OXUNUB: 1731
 

Azərbaycan 2019-cu ilin III rübünə olan "Fitch Ratings” beynəlxalq reytinq agentliyinin növbəti hesabatında müsbət mövqeyini qoruyub və BB+ qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirib.

Maliyyə Bazarlarında Nəzarət Palatasından Sfera.az-a verilən məlumata görə,  Cənubi Qafqaz ölkələri arasında bu göstərici ilə ən yüksək reytinq məhz Azərbaycana məxsusdur.

Agentliyin analizinə əsasən, beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici balansın saxlanılması və aşağı səviyyəli dövlət borcunun olması Azərbaycanın reytinqini yüksək səciyyələndirən əsas amillərdəndir. Dövlətin əsas götürdüyü makro-iqtisadi, maliyyə, vergi və sosial islahatlar zəminində istehlak sferasında borclanmanın azaldılmasına, sosial məsələlərin ön plana çəkilməsinə, maliyyə və vergi münasibətlərinin tənzimlənməsinə istiqamətlənən müsbət meyllər inflyasiyanın nəzarətdə saxlanmasına, dollarlaşma səviyyəsinin aşağı düşməsinə gətirib çıxarmış, geniş anlamda isə, ölkənin xarici iqtisadi şoklara və qlobal arenada yarana biləcək böhranlara çevik reaksiya göstərə bilməsinə şərait yaratmışdır. Eyni zamanda, bank sektorunun sağlamlaşdırılması, problemli kreditlərin həll olunması istiqamətində həyata keçirilən tədbirlər sektorun restrukturizasiyasına, kapitallaşmanın və kredit verilişinin artmasına səbəb olub.
Öz növbəsində, iqtisadiyyatın diversifikasiya olunması və neft sektorundan asılılığının aradan qaldırılması məqsədilə ölkədə yaradılan və dəstəklənən münbit biznes mühiti "Fitch Ratings”in analizlərində xüsusi qeyd olunub və Azərbaycanın mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man