Vətən sərhəddən başlayır

İqtisadiyyat 02 Sentyabr 2019 | 10:34
OXUNUB: 2064
"AtaBank" ASC-nin ölkəmizin şimal sərhədində yerləşən "Samur” şöbəsi 24/7rejimində fəaliyyət göstərməyə başlayıb. Samur sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən şöbədə həm fiziki, həm də hüquqi şəxslər bütün bank xidmətlərindən yararlana bilər. Strateji əhəmiyyət daşıyan bu şöbə müştərilərə həftənin 7 günü, günün 24 saatı valyuta mübadiləsi, pul köçürmələri, cari və əmanət hesablarının açılması, kommunal və büdcə ödənişləri kimi bank xidmətləri təklif edir.

Bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov xəbərlə bağlı qeyd edib ki, şöbənin fasiləsiz iş rejiminə keçməsi bu ərazidəki sakinlərə və ölkənin qonaqlarına rahat şəkildə bank xidmətlərini göstərmək məqsədi daşıyır. AtaBank ölkəmizə qonaq gələn və ölkəmizdən xaricə gedən həmvətənlərimizi uzağa getmədən, əlavə vaxt sərf etmədən bank xidmətlərini sürətli və rahat aparmaq üçün "Samur” şöbəsinə dəvət edir.

25 ildən artıq fəaliyyət göstərən "AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man