Dollar qəfil sıçradı, rubl üzü aşağı getdi

İqtisadiyyat 19 Avqust 2019 | 17:57
OXUNUB: 2057
 

Bu gün avqustun 19-da Moskva birjasında keçirilən hərraclarda rublun məzənnəsi kəskin aşağı düşüb. Virtualaz.org xəbər verir ki, hərracın nəticələrinə görə 1 ABŞ dolları 67 rublu keçib, başqa sözlə Rusiya milli valyutası 1 faizdən çox dəyər itirib. Sonuncu dəfə rubl 2019-cu ilin fevralında bu qədər ucuzlaşmışdı və dollar 67 rubl həddini keçmişdi.

Rusiya valyutasının zəifləməsinin "günahkarı” isə yenə də ABŞ prezidenti Donald Trampın smartfonudur, yəni Ağ ev rəhbərinin Twitter-bloqunda yazdıqlarıdır. Adətən öz bəyanatlarını və qərarlarını, planlarını tvitlərlə çatdırmağa vərdiş etmiş Tramp yazıb ki, 2019-cu il sentyabrın 1-dən etibarən Çindən ABŞ-a idxal edilən bütün digər mallara da idxal rüsumu tətbiq ediləcək. Habelə Tramp Rusiyaya qarşı "Skripalların işi” üzrə bu günlərdə yeni sanksiya tətbiqi barədə fərman imzalayıb.

Trampın Çinlə ticarət müharibəsindən neftin qiyməti də bir qayda olaraq öz payını alır. Məhz bu ticarət müharibəsinin nəticəsi olaraq neft artıq üç həftəyə yaxındır 60 dollardan ucuz satılır. Hələlik isə neftin qiymətində sonrakı ucuzlaşma baş verməyib, "Brent” markalı neftin bir barelinin qiyməti 59 dollara yaxındır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man