Forumda VTB (Rusiya) və törəmə bankların, eləcə də Visa şirkətinin nümayəndələri, MDB ölkələrində və Gürcüstanda pərakəndə biznesin inkişafı və rəqəmsallaşdırılması üçün innovativ həllər tərtib edən şirkət və tərəfdaşlar iştirak edib.
Forum çərçivəsində fintex-startaplar tərəfindən həm ideya mərhələsində olan, həm də artıq reallaşmış bir çox müxtəlif layihələr təqdim edilib. Tədbirdə səyahət edənlər üçün yeni mobil əlavələrin hazırlanması, müştərilərə xidmət göstərmək məqsədilə çat-botların tətbiqi kimi mövzular iştirakçıların böyük marağına səbəb olub.