Bundan əlavə bir müddət öncə bankın WhatsApp və Telegram əlavələrinə bağlı 050 9999136 telefon nömrəsi də istifadəyə verilmişdir. Artıq bu mobil əlavələrdən müraciət edən müştərilər yalnız bankın məhsulları və xidmətləri haqda yox, həmçinin hesabları haqda məlumatı və bir sıra əməliyyatları onlayn şəkildə apara biləcəklər.
Biznesin İnkişafı Departamentinin direktoru Oruc İbrahimov bildirdi ki, AtaBank-ın müştəriləri bank kartının bloklaşdırılması/blokdan çıxarılması, hesab haqda məlumat, kredit borcu haqda məlumat, AtaNet istifadəçi şifrələrinin və uğursuz PİN cəhdlərinin sıfırlanması və digər xidmətlərdən artıq banka gəlmədən faydalana biləcəklər və gələcəkdə müştərilərin rahatlığı üçün yeni innovativ imkanlar yaradılacaq.
Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər136qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər -//atabank.com/az/
25 ildən artıq fəaliyyət göstərən "AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man