Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq problemli kreditlər üzrə kompensasiyaların köçürülməsinə aprel ayının 23-dənetibarən başlanmışdır.
Məlumat üçün bildirmək istərdik ki, kompensasiya məbləği 500 AZN-dən çox olan müştərilərimizin 95%-i, kompensasiya məbləği 500 AZN-dən az olan müştərilərimizin isə 82%-i öz kompensasiyalarını artıq əldə ediblər.
Xatırladaq ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçirilir. "Yapı Kredi Bank Azərbaycan” QSC bu prosesi mərhələli şəkildə, müştərilərin rahatlığını təmin etməklə həyata keçirir. Belə ki, müştərilərin vaxtına qənaət etmək üçün "Yapı Kredi Bank Azərbaycan” QSC kompensasiya ödənişinin veriləcəyi tarixi və filialın adını əvvəlcədən hər bir müştəriyə SMS və ya zəng vasitəsilə bildirir. Qeyd olunan filiala müvafiq tarix və saatda gəlməklə müştərilər vəsaitləri vaxt itirmədən, sürətli şəkildə əldə edirlər. Filiala yaxınlaşarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi mütləqdir.
Əlaqə məlumatlarını dəyişmiş müştərilərimizdən xahiş edirik ki, *0444 nömrəli Telefon Mərkəzinə zəng edərək, bu barədə məlumat versinlər.
#YapiKrediBankAzerbaycan#kompensasiyaodenisi
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man