“Scrum Basics” mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir

İqtisadiyyat 06 May 2019 | 15:48
OXUNUB: 3118
 

30 aprel 2019-cu il tarixdə Bank of Baku-nun Təlim Mərkəzi olan BOB Akademiyasında "Scrum Basics” mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə professional Scrum-master, Erikson Beynəlxalq Kouçinq Universitetinin sertifikatlaşmış kouçu Nərminə Hüseynzadə açaraq iştirakçıları salamladı, "Agile Azerbaijan Community” barədə və keçirilməsi planlaşdırılan silsilə seminarlar barədə məlumat verdi. Sonradan, IT layihələrin və komandaların idarəedilməsi sahəsində professional menecer, çoxillik təcrübəyə sahib Agile Coach Əlizadə İlqar və ICP-ATF ICP-ACC, Agile Coach, SCRUM Master, Agile Team Facilitator sertifikatlarına sahib Teymur Zeynalov və Nərminə Hüseynzadə öz mühazirələri ilə çıxış etdilər.

Seminar zamanı Agile layihə idarəedilməsi metodologiyalarının tarixi, proqram təminatı layihələrində geniş tətbiq olunan "Şəlalə (waterfall)” modeli ilə müqayisəli üstünlükləri, həmçinin, Scrum-ın əsasları, dəyərlər və rollar barədə məlumat verildi.

Seminarın əsas məqsədi ümumiyyətlə layihə idarəolunmasında və xüsusilə də IT layihələrində Scrum modelinin tətbiqi üçün əsas olan fundamental anlayışların çatdırılması idi. Tədbirin əsasən dialoq formasında təşkil olunması, tədbir iştirakçılarına onları maraqlandıran bir sıra suallara cavab tapmaq imkanı verdi.

Qeyd edək ki, sözügedən seminar, planlaşdırılan "Scrum in practice” mövzusunda seminarlar silsiləsindən birincisidir. Növbəti seminarlarda daha dərin mövzuların əhatə olunması və praktiki məşğələrlə möhkəmləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Agile Azerbaijan Community”-nin başlıca məqsədi mütəxəssislər və Agile ilə tanışlığa yenicə başlayanlar üçün vahid müstəvinin yaradılmasıdır ki, onlar burada təcrübə mübadiləsi apara, yeni biliklər əldə edə və Agile-a aid müxtəlif mövzularda fikir mübadilələri apara bilərlər.

"Agile Azerbaijan Community”-yə //www.facebook.com/groups/264584990817879/  link vasitəsilə qoşulmaq olar.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man