AccessBank AQSİA ictimai birliyinin "Peşədən Biznesə" adlı layihəsini dəstəkləyib.
Bu məqsədlə AccessBank-ın Treninq Mərkəzində müxtəlif peşə məktəblərindən olan 60-dan çox tələbə üçün təlim keçirilib. Təlim çərçivəsində bankın marketinq üzrə baş mütəxəssisi Tofiq Ağayev və PR menecer İlkin Əhmədov tələbələrə biznes planın tərtib olunması barədə söz açıb. AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova isə "Satışı artıran marketinq" mövzusunda təqdimatla çıxış edib.
Ardınca tələbələr qruplara bölünərək təlimdə əldə etdiyi biliklər əsasında biznes plan tərtib edib və təlimçilərlə birgə müzakirələr aparıb.
Qeyd edək ki, layihənin müəllifi AQSİA-nın regionlarda işin təşkili komissiyasının rəhbəri Kəmalə Məmmədlidir.