Bank of Baku kompensasiya ödənişlərinə başladı!

İqtisadiyyat 23 Aprel 2019 | 11:44
OXUNUB: 5852
Ölkənin innovativ bankı Bank of Baku, 22 aprel tarixindən etibarən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında imzaladığı fərmana əsasən, kompensasiya ödənişlərinə start verdi.
 
İlkin mərhələdə 500 AZN-dən aşağı (500 AZN daxil olmaqla) kompensasiya alan müştərilərə ödəniş edən Bank, kompensasiya ödənişlərinin ilk günündə - yəni 22 aprel tarixində ümumilikdə 3714 nəfər müştəriyə kompensasiya ödəyib. Bank bildirib ki, kompensasiyası 500 AZN-dən yüksək olan müştərilərin ödənişləri yaxın zamanda növbə prinsipinə əsasən ödəniləcək.
Bank ilk kompensasiya alan müştərisini də təyin edib. Elnur Talıblı adlı müştəri bankdan aldığı dollar kreditinə görə hesablanmış kompensasiya məbləğini əldə edərkən, ölkə başçısı Cənab İlham Əliyevə vermiş olduğu qərar üçün təşəkkürünü bildirib. 
Hal-hazırda bankın region və Bakı filialları gücləndirilmiş iş rejiminə keçərək müştərilərin xidmətindədir. Qeyd edək ki, müştərilər kompensasiya ödənişlərinin veriləcəyi filial və tarix haqqında SMS və ya zəng vasitəsilə məlumatlandırılacaq. Telefon nömrəsini dəyişmiş müştərilərə Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, yeni telefon nömrələrini təqdim etmələri tövsiyyə olunur. 
Müştərilər xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (//pk.fimsa.az/az/kompensasiya) daxil olaraq əldə edə bilərlər. 
Daha ətraflı:

145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man