Azərbaycan Rusiya üzərindən neft nəqlini niyə dayandırdı?

İqtisadiyyat 02 Aprel 2019 | 21:49
OXUNUB: 7724
Xəbər verdiyimiz kimi, 2019-cu ilin mart ayında Azərbaycan Rusiya vasitəsilə neft tranzitini dayandırıb. Yanacaq-Energetika Kompleksinin (YEK) Mərkəzi dispetçer idarəsinin məlumatına görə, yanvar-fevral aylarında Azərbaycan neftinin tranzitinin həcmi 249,5 min ton təşkil edib, martda isə tranzit həcmi olmayıb.

News.ru neft bazarındakı mənbələrə istinadən xatırladır ki, Rusiya monopolisti "Transneft” RF ərazisindən neftin nəqlinə dair müqavilənin olmasına baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) cari ilin aprel ayından sonuna qədər Mahaçqala limanından neftin nəqlinə qadağa qoyub.

Mümkün səbəblər arasında Mahaçqala limanında məhdud texniki imkanlar göstərilir. Mənbələr iddia edirlər ki, Qazaxıstan və Türkmənistan tərəfindən neft tədarükünün artırılması ilə əlaqədar Rusiya nəqliyyat monopoliyası bu ərazidə karbohidrogenlərin həcmi ilə bacarmayıb.

Mənbələrin sayta verdikləri məlumata görə, Bakı-Tixoretsk magistral neft kəmərinin buraxılış qabiliyyəti Mahaçqala-Novorossiysk sahəsində profilaktik və təmir işlərini nəzərə almaqla tamamilə istifadə olunub. Bununla əlaqədar Mahaçqalada "Şirvanlı”dan gələn əlavə neftin qəbulu mümkünsüz olub.

Ekspertlər istisna etmirlər ki, məhz bu səbəbdən, Azərbaycan nefti Rusiyadan yan keçərək ölkəni stabil gəlirdən məhrum edib.

Mahaçqala dəniz ticarət limanının illik neft aşırma qabiliyyəti 7,9 milyon ton neft və neft məhsulları təşkil edir. Limanın nefttökmə rayonunda tankerlərə beş bərə xidmət göstərir. Liman uzunluğu 150 metrə qədər, suya oturumu isə 6,5 metrə qədər olan gəmiləri asanlıqla qəbul edə bilir.

Bakı-Novorossiysk sisteminin bir hissəsi olan Mahaçqala-Novorossiysk neft kəmərinin gücü isə bir ilə 7,5-8 milyon ton təşkil edir.

Reuters-in məlumatına görə, SOCAR Mahaçqalaya nefti Xəzər dənizindən ötürməyə hazır idi, oradan isə hazırda Türkmənistanın qara qızıl hasilatçılarının cəlb etdikləri "Transneft” şirkətinin gücü ilə Novorossiyskə çatdırılacaqdı. Azərbaycan neftinin cari ildə nəqli 1,4 milyon tondan çox olmalı idi.

Mənbələrin məlumatına görə, hazırda Mahaçqala terminalının gücü Qazaxıstan və Türkmənistan tankerlərinin qəbuluna yönəldilib. Bu səbəbdən liman sadəcə SOCAR tərəfindən təklif edilən həcmi qəbul edə bilmir, baxmayaraq ki, bundan əvvəl Mahaçqala limanı hər ay daha çox həcmdə neft ötürə bilirdi. (virtualaz.org)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man