Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi Türkiyədə səfərdə olub

İqtisadiyyat 18 Mart 2019 | 14:35
OXUNUB: 3074
Azərbaycan Beynəlxalq Bankının rəhbərliyindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub. Onlar Türkiyənin aparıcı maliyyə qurumlarından Türkiyə İş Bankası və QNB Finansbank-ın rəhbər heyəti ilə görüşlər keçiriblər. Türkiyə bankları ilə təcrübə mübadiləsinin aparılması Azərbaycan Beynəlxalq Bankının yeni İnkişaf Strategiyasının hazırlanması layihəsi çərçivəsindədir. Məlum olduğu kimi, bu ilin əvvəlindən bankın növbəti üç il üzrə strateji inkişaf planının hazırlanması üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkəti ilə birlikdə iş gedir. Burada xarici bankların, xüsusilə qonşu ölkələrdən Türkiyə və Rusiya banklarının müxtəlif seqmentlər üzrə əldə etdiyi mütərəqqi təcrübənin öyrənilməsi və tətbiqi mühüm yer tutur. 
 
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov səfərin kifayət qədər uğurla keçdiyini bildirib: "Həm Türkiyə İş Bankası, həm də QNB Finansbank Türkiyənin və ümumilikdə regionun iqtisadi həyatında mühüm rol oynayan maliyyə institutlarıdır. Rəqəmsal bankçılıq, İT transformasiya, qabaqcıl risk menecment təcrübəsi və real sektora təqdim olunan innovativ maliyyə alətləri istiqamətində banklarla maraqlı müzakirələrimiz oldu. Keçirdiyimiz görüşlər, əldə edilən təcrübə Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti üçün, inanırıq ki, çox faydalı olacaq”. 
Abbas İbrahimov xarici banklarla, o cümlədən Türkiyə bankları ilə əlaqələrin bundan sonra daha da genişləndiriləcəyini deyib. Onun sözlərinə görə, Türkiyə banklarına yüksək nəticələr qazandırmış bir sıra uğurlu yanaşmalar, innovativ texnologiyalar bazarın xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Beynəlxalq Bankının strategiya layihəsində də nəzərə alınacaq və gələcək fəaliyyətində tətbiq ediləcək. 
 
 Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man