Braziliyada yük avtomobilinin mikroavtobusa çırpılması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Avtosfer.az “Qlobu” telekanalına istinadən xəbər verir ki, insident Feyra-di-Santana və San-Qonasalu-dus-Kampus şəhərləri arasına qeydə alınıb.
Bildirilir ki, yük maşınının sürücüsü yolun yağışlı və sürüşkən olması səbəbindən sükan idarəetməsini itirərək qarşı zolağa çıxaraq içərisində 10 sərnişinin olduğu mikroavtobusla toqquşub.
Qəzada mikroavtobusun 8 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Hadisənin günahkarı və mikroavtobusun daha iki sərnişini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man