“Rabitəbank”dan Palataya təyinat olub

İqtisadiyyat 26 Fevral 2019 | 09:01
OXUNUB: 1944
Maliyyə Bazarlarına Nəzarət palatasının İdarə Heyətinə yeni müşavir təyin olunub.
 
Sfera.az-ın əldə etdiyi məlumata əsasən, Rəşad Ağayev bu vəzifəyə təyin olunub. R.Ağayev vəzifəsinin icrasına geridə qoyduğumuz yanvardan başlayıb.
 
Bundan öncə, Rəşad Ağayev "Rabitəbank” ASC-nin Kart Biznesi Departamentinin direktoru vəzifəsində çalışıb. O, "Rabitəbank” komandasına öncələr çalışdığı "Dəmirbank” ASC-dən gəlib. Belə ki, ötən il "Dəmirbank” bağlandıqdan 2 ay sonra, 2018-ci ilin fevral ayında qoşulub.

Xatırladaq ki, R.Ağayev "Kapital Bank”, "AFB Bank”, "Azərbaycan Sənaye Bankı” və bağlanmış "Bank of Azərbaycan” kimi yerlərdə müxtəlif vəzifələrdə çalışıb.


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man