OPEC+ bu tarixdə toplaşır - Yeni qərar neft qiymətlərinə təsir edəcək

İqtisadiyyat 28 Noyabr 2024 | 17:30
OXUNUB: 3755

OPEC+ neft hasilatının tənzimlənməsi ilə bağlı planlaşdırdığı toplantının vaxtını dəyişib. 


Sfera.az xəbər verir ki, dekabrın 1-də, bazar günü toplaşmalı olan OPEC+ üzləri toplantı vaxtını dekabrın 5-nə təyin ediblər. 


“Bloomberg”in əldə etdiyi məlumata əsasən, OPEC+ ölkələri danışıqlarda yanvar ayından gündəlik hasilatı artırmaq haqqında müzakirə aparacaqlar. Təklif edilir ki, üzv ölkələr hasilatı ümumilikdə gündəlik 180 min barel artırsınlar. 


Amma mümkündür ki, OPEC+ ölkələri hasilatın artırılması qərarını daha bir neçə ay təxirə salsınlar. Çünki hazırda neft qiymətləri aşağı səviyyədədir və yeni qərarın qəbul edilməsi qiymətlərə mənfi təsir göstərəcək. 


Buna görə də alyans çətin dilemma ilə üz-üzədir - ya məhdudiyyətləri 2025-ci ilə qədər uzadacaqlar, ya da qlobal bazarlarda təklifin bir qədər də artmasına səbəb olacaqlar. İkinci halda neft qiymətlərinin bir qədər də enməsi ehtimalı var. 


Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man