Quş ətinin qiyməti KƏSKİN ARTDI

İqtisadiyyat 28 Noyabr 2024 | 00:11
OXUNUB: 1553

Quş ətinin qiyməti artıb.

 

Sfera.az bildirir ki, paytaxt sakinlərinin sözlərinə görə, əvvəllər 17, 18 manata aldıqları hinduşka əti indi 19-20 manata təklif olunur.

 

Satıcılar da qiymətlərin qalxdığını deyirlər.

 

Bölgə bazarlarında da vəziyyət demək olar ki, eynidir. İsmayıllı sakinləri deyirlər ki, ötən illə müqayisədə kəskin qiymət artımı var.

 

Satıcılar bahalaşmanın alıcı sayına təsir etdiyini bildirirlər.

 

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var. Xüsusən, hinduşka, qaz, ördək kimi quş növlərinin kütləvi şəkildə istehsal olunmaması bahalaşmaya təsir edən əsas amillərdəndir.

 

İqtisadçı Xalid Kərimli bildirib ki, son 1 ildə ümumilikdə ət və ət məhsulları 4,4 faiz bahalaşıb.

 

Ətraflı süjetdə:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man