Azərbaycanda bu məhsullar daha çox BAHALAŞIR - STATİSTİKA

İqtisadiyyat 20 Noyabr 2024 | 14:33
OXUNUB: 1621

İdxal mallarında yüksək bahalaşma tempi 2024-cü ildə də müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, bu ilin sentyabrında idxal olunan məhsulların qiymət səviyyəsi əvvəlki ayla müqayisədə 1,5 faiz artıb. Qiymətlərin artması illik müqayisədə daha çox yüksəlib.

 

Belə ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə idxal olunan malların dəyərində artım 21,1 faiz, 2024-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,5 faiz təşkil edib.

 

İdxal mallarından fərqli olaraq, ixrac etdiyimiz mallarda bahalaşma sürəti yüksək deyil. 2024-cü ilin sentyabr ayında ixrac olunan məhsulların qiymət səviyyəsi əvvəlki ayla müqayisədə 0,3 faiz artıb, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 1,7 faiz azalıb. Yalnız ixrac olunan qeyri neft-qaz məhsullarının qiymətində sürətli artım var. Amma burada da bahalaşma sürəti idxal mallarına nisbətən zəifdir.

 

Belə ki, qeyri neft-qaz sektorunda ixrac mallarının qiyməti sentyabr ayında əvvəlki ayla müqayisədə 4,9 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,4 faiz, 2024-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 faiz yüksəlib.

 

Müqayisədən görünür ki, Azərbaycanın idxal etdiyi mallarda bahalaşma sürəti ixrac mallarındakı bahalaşmaya nisbətən daha güclüdür.

 

Vasif

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man