Azərbaycanda pərakəndə ticarət zamanı satılan malların bir hissəsi idxal mallarından ibarətdir.
Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, 2023-cü ildə pərakəndə ticarətdə idxal mallarının payı son 10 ilin rekord həddinə çatıb. Onillik dövrdə pərakəndə ticarətdə idxal mallarının payında ən yüksək hədd 2015-ci ildə qeydə alınmışdı. Həmin ildə alınan malların 37,2 faizi idxal malları idi.
2023-cü ildə bu göstərici yenilənib və ticarətdə idxal mallarının payı 37,8 faizə yüksəlib. Mütləq göstəricilərlə götürdükdə, ötən il əhali 22 milyard 285 milyon manat dəyərində idxal malları alıb. Bu göstərici 2022-ci ildə 11 milyard 820 milyon manat idi.
Rayon və şəhərlər üzrə idxal mallarının pay bölgüsü ən yüksək olanı Abşeron rayonudur. Bu rayonda alınan malların 58 faizi xarici mallar olub. İdxal malların payı yüksək olan digər rayon və şəhərlər arasında Ağdaş rayonu (57 faiz), Qax rayonu (46 faiz), Lənkəran rayonu (46,4 faiz), Zaqatala rayonu (45 faiz), Gəncə şəhəri (44 faiz) var.
İdxal malların payı az olan yaşayış məntəqləri isə Ucar (22 faiz), Zərdab (23 faiz), Göyçay (23 faiz), Ağdam (24 faiz), Daşkəsən (24 faiz) rayonlarıdır.
Maraqlı fakt ondan ibarətdir ki, regionlardan fərqli olaraq, Bakıda idxal mallarının payı azalıb. Ölkəmizdə pərakəndə ticarətin 50 faizdən çox hissəsi paytaxtın payına düşür. Bakıda 2017-ci ildə alınan malların 43,5 faizi xarici mallar olmuşdu. Amma son illərdə xarici malların payı azalıb və 2023-cü ildə 38,6 faizə düşüb.
Ötən il xarici malların payının artması daha çox regoinlarda idxal mallarına çəkilən xərcin artması ilə bağlı olub. Onu da qeyd edək ki, xarici mallara tələbin artması Azərbaycana idxalı artıran amillərdən biridir.
Vasif
Sfera.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man