Oktyabr ayında qlobal ərzaq qiymətləri kəskin artaraq son 18 ayın ən yüksək səviyyəsinə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb.
Məlumata görə, ərzaq qiymətləri indeksinin orta dəyəri 127,4 bənd təşkil edib ki, bu da sentyabr ayının səviyyəsindən 2%, bir il əvvəlki qiymətindən isə 5,5% çoxdur.
Bildirilir ki, əsas amillərdən biri bitki yağının qiymətinin kəskin artması olub. Belə ki, ay ərzində bitki yağlarının qiymət indeksi 7,3% artaraq son iki ildə maksimuma çatıb.
Şəkərin qiymət indeksi 2,6%, süd məhsullarının 1,9%, taxılın isə 0,9% artıb. Ümumi yüksəliş meylinin əksinə olaraq, ətin qiyməti indeksi əsasən donuz ətinin qiymətlərinin düşməsi nəticəsində sentyabr ayı dəyəri ilə müqayisədə 0,3% azalıb.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man