Azərbaycan neftinin son 30 ildə orta qiyməti açıqlandı

İqtisadiyyat 18 Noyabr 2024 | 15:15
OXUNUB: 5276

1995-ci ildən bu günə qədər dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin orta illik qiyməti 58,9 ABŞ dolları təşkil edib.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

 

"30 il ərzində ən aşağı qiymət 43,2 ABŞ dolları olub. Biz neftin orta illik qiyməti götürməliyik. Gələn ilin dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 70 ABŞ dolları nəzərdə tutulub. Hansısa gün qiymət 69 ABŞ dolları olarsa, bundan təşvişə düşmək lazım deyil. Ümumiyyətlə isə cari əməliyyatlar balansının profisitli olması üçün qiymətin 40-45 ABŞ dolları olması bəs edir", - deyə o qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man