İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 700 000,0 manat məbləğində proqnozlaşdırılır.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat, İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait 54 300 000,0 manatdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man