Azərbaycanda biznes kreditləri üzrə ümumi borcun məbləği 14,41 milyard manata çatıb.
Sfera.az Mərkəzi Bankın açıqladığı statistik məlumatlara istinadən xəbər verir ki, bu borcun 8,065 milyard manatı, yəni 56 faizi iri sahibkarların aldığı kreditlər üzrə yaranıb.
Bu ilin ilk 9 ayı ərzində iri sahibkarların kredit borclarında 1,813 milyard manat artım müşahidə edilib.Kredit borcuna görə ikinci sırada mikro sahibkarlar dayanır. Onların 2,952 milyard manat borcu var və ilk 9 ayda borcları 322 milyon manat artıb.
Orta sahibkarlar sinifinin 1,78 milyard manat, kiçik sahibkarların isə 1,61 milyard manat kredit borcu var. İlk 9 ayda orta sahibkarların kredit borcu 371 milyon manat azalıb, kiçik sahibkarların borcu 26 milyon manat artıb.
Bu məlumatlardan görünür ki, Azərbaycanda biznes kreditlərinin daha çox hissəsi iri sahibkarlıq subyektlərinə, ən az hissəsi isə kiçik və orta sahibkarlara verilir.
Vasif
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man