Əhali manatla yığımları 13 % artırıb - STATİSTİKA

İqtisadiyyat 02 Noyabr 2024 | 11:43
OXUNUB: 3040

Dollar/manat məzənnəsində müşahidə edilən sabitlik və manatla qoyulan əmanətlərə görə yüksək faizin ödənilməsi əhalinin manatla yığımlarının xüsusi çəkisinin artmasına səbəb olur. Son bir ilin müqayisəli təhlili göstərir ki, əhalinin banklarda mantla yığımları 13 faiz artdığı halda, xarici valyutada yığımlarda 8 faiz artım olub.


Sfera.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2023-cü ilin sentyabrının sonunda əhalinin əmanətlərinin həcmi 12,7 milyard manat dəyərində olub. Həmin dövrdə əmanətlərin 65 faizi manatla, 35 faizi xarici valyuta saxlanılırdı. 2024-cü il sentyabrın sonunda isə cəmi əmanətlərin 66 faizi manatla, 34 faizi xarici valyutada olub. Göründüyü kimi manatla olan əmanətlərin xüsusi çəkisi artıb. Lakin qeyd edək ki, son aylarda dollarla saxlanılan əmanətlərin həcmində və xüsusi çəkisində qismən artım müşahidə edilir. İlin əvvəlində manatla əmanətlərin həcmi 8,65 milyard manat, xarici valyutada əmanətlərin həcmi isə 4,3 milyard manat idi. Ötən 9 ayda manatla əmanətlərin həcmi 701 milyon manat, xarici valyutada olan əmanətlərin həcmi isə 515 milyon manat artıb. 


Müqayisədən görünür ki, xarici valyutada yerləşdirilən əmanətlərdə artım sürəti manatla qoyulan əmanətlərə nisbətən yüksək olub. Cari ildə manatla əmanətlər 8 faiz artdığı halda xarici valyutada olan əmanətlərin həcmi 12 faizə yaxın artıb. Xarici valyutada olan əmanətlərin bu il daha sürətlə artmasına devalvasiya ilə bağlı yayılan xəbərlər səbəb olub. Psixoloji amillərin təsiri ilə əhali öz vəsaitlərinin bir hissəsini xarici valyutaya çevirərək banklarda saxlayıb. 


Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man