Azərbaycanda toyuq əti istehlakı SÜRƏTLƏ ARTIR - SƏBƏB

İqtisadiyyat 01 Noyabr 2024 | 12:36
OXUNUB: 3788

Azərbaycanda son illərdə toyuq əti istehlakının digər ətlərlə müqayisədə sürətlə artması müşahidə edilir.

 

Sfera.az bildirir ki, bunun başlıca səbəbi son illərdə mal və qoyun ətinin daha çox bahalaşmasıdır.

 

Azərbaycanda ən çox istehlak olunan ət mal ətidir. 2013-cü ildə 139,35 min ton mal əti və ondan hazırlanan ət məhsulları istehlak edilib. 2023-cü ilin sonunda mal ətinin istehlakı 172 min tona çatıb. Onillik dövrdə ölkəmizdə mal ətinin istehlakı 32,6 min ton və ya 23,4 faiz artıb.

 

Qoyun və keçi əti istehlakında da artım var. 2013-cü ildə 72,1 min ton olan istehlak miqdarı 2023-cü ildə 93,1 min tona çatıb. On il ərzində qoyun və keçi ətinin istehlak miqdarı 21 min ton, yəni 29,1 faiz artıb.

 

Müqayisə edilən onillik dövrdə quş əti istehlakı daha çox artıb. 2013-cü ildə 95,5 min ton olan istehlak miqdarı 2023-cü ildə 166,2 min tona çatıb. Ötən müddətdə Azərbaycanda toyuq ətinin istehlakı 70,7 min ton və ya 74 faiz artıb.

 

Üç məhsul növünün müqayisəsindən görünür ki, ölkə əhalisi son 10 ildə toyuq alışını xeyli artırıb. Ümumilikdə, bu dövrdə əhalinin ət istehlakında artım 124,3 min ton olub ki, bunun da 57 faizi yalnız toyuq ətinin hesabına olub. Məhsul qrupları üzrə ət istehlakındakı artım dinamikası göstərir ki, 2024-cü ildə, ən geci 2025-ci ildə ən çox istehlak edilən ət toyuq əti olacaq.

 

Qeyd etdiyimiz kimi, ət istehlakının daha çox toyuq əti istehlakı hesabına artması onun qiymətinin digər ətlərlə müqayisədə sərfəli olması ilə əlaqədardır. Bunu son 10 ildəki qiymət dəyişikliyi də təsdiqləyir.

 

2013-cü ilin sonunda 1 kq mal ətinin qiyməti 7,7 manat, qoyun ətinin qiyməti 9,3 manat, toyuq ətinin qiyməti 3,4 manat idi. 2023-cü ilin sonunda mal ətinin qiyməti 14 manatı, qoyun ətinin qiyməti 15,3 manatı, toyuq ətinin qiyməti 5,9 manatı keçib. Qiymət dəyişikliyindən aydın olur ki, on il ərzində mal əti 6,3 manat, qoyun əti 6 manat bahalaşdığı halda, toyuq əti 2,5 manat bahalaşıb.

 

Mal və qoyun ətində böyük bahalaşmadan sonra istehlakçılar xərclərinə bir qədər qənaət etmək üçün ətə olan tələbatının daha çox hissəsini toyuq əti ilə ödəməyi üstün tuturlar. Buna görə də son illərdə toyuq əti istehlakı daha böyük sürətlə artır.

 

Toyuq əti istehlakında böyük artımın qiymətlərin əlverişli olmasına görə, hələ bir müddət də davam edəcəyi yəqindir.

 

Vasif

Sfera.az

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man