Dövlət bankı Azər Türk Bank müştərilərin istək və marağını nəzərə alaraq, illik 11%-dən başlayan istehlak kreditləri üzrə kampaniyanın müddətinin uzadılması barədə qərar verib.
Qeyd edək ki, kampaniya zamanı 24 ayadək olan kreditlər müştərilərə 0% komissiya ilə təklif edilir.
12, 24, 36 və 48 ayadək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 11%,13%,14% və 15% təşkil edir.
Hər bir fiziki şəxs, özünün rəsmi gəlirinə uyğun olaraq, zaminlə 40 000 manat, zaminsiz 35 000 manat məbləğində kredit əldə edə bilər
Krediti Azər Türk Bankın saytında online sifariş vermək mümkündür.
Kampaniya 2024–cü il 30 noyabr daxil olmaqla, həmin tarixədəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man