Dollarla olan əmanətlərdə faizlər ARTIRILDI - MÜQAYİSƏ

İqtisadiyyat 28 Oktyabr 2024 | 12:41
OXUNUB: 12349

Azərbaycanda fəaliyyət göstərən banklar xarici valyutada yerləşdirilən əmanətlərə görə ödədikləri faizləri artırıblar.

 

Sfera.az Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, xarici valyutada olan əmanətlərə banklar orta hesabla 2023-cü ilin sonunda 1,7 faiz gəlir təklif edirdisə, bu ilin mayına 2,5 faiz, sentyabrda isə 3,2 faiz gəlir təklif edib.

 

Qeyd edək ki, xarici valyutada olan əmanətlər dedikdə, əsəsən, dollarda yerləşdirilən əmanətlər başa düşülür. Artıq bəzi banklar dollarla olan əmanətlərə görə sığorta faizindən də yüksək faiz təklif edir ki, bu da risklidir. Çünki mövcud qaydalara əsasən, banka xarici valyutada qoyulan əmanətlərin sığortalanması üçün vəsait maksimum 2,5 faizlə yerləşdirilməlidir. Amma bəzi banklar 3,5-4,5 faiz səviyyəsində də gəlir təklif edir. Bu faizlə banka qoyulan əmanətlər sığortalanmır və buna görə də bank bağlandıqda Əmanətlərin Sığortalanması Fondu həmin əmanətlərə görə kompensasiya ödənişi həyata keçirmir.

 

Bu baxımdan, belə yüksək faizlə əmanət yerləşdirmək risklidir. Bunu əmanətçilər də anlayır. Bankların yüksək faizlə gəlir təklif etməsinə baxmayaraq, xarici valyutada olan əmanətlərin məbləğinin azalması da bunu təsdiq edir. İlin əvvəlində banklarda 2,2 milyard manat əmanət xarici valyutada olduğu halda, sentyabrın sonunda onun məbləği 1,945 milyard manata enib. Bu dinamika göstərir ki, əhali xarici valyutada yüksək faizlə təklif edilən əmanət şərtlərinə etibar etmir.

 

Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man