Qızılın qiyməti 6 dəfədən çox BAHALAŞDI - MÜQAYİSƏ

İqtisadiyyat 25 Oktyabr 2024 | 15:27
OXUNUB: 2701

Son 20 ildə ən gəlirli sərmayə növlərindən biri də qızıl olub. Qızılın dəyəri bu dövrdə 6 dəfədən çox artaraq sahiblərinin sərvətini xeyli artırıb.

 

Sfera.az xatırladır ki, 20 il əvvəl, yəni 2004-cü ildə xalis qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 450 dollar idi. Həmin dövrdə bir qram qızıl 14,5 dollara satılırdı. Amma hazırda qızılın qiyməti 2730-2750 dollar arasında dəyişir. İndi qızılın bir qramı 88 dollara yaxındır.

 

2004-2011-ci illər arasında qızıl davamlı bahalaşıb. Bu müddətdə “nəcib metal”ın qiyməti 450 dollardan 1820 dollara qədər yüksəlib. 2012-2015-ci illər qızılın qiyməti üçün tənəzzül dövrü olub və həmin dövrdə "nəcib metal" 1080 dollara qədər ucuzlaşıb. Lakin 2015-ci ildən başlayaraq qızılın dəyəri yenidən yüksələrək hazırkı qiymət səviyyəsinə çatıb.

 

Qızılın dəyərində güclü artımların biri 2024-cü ildə müşahidə edilir. Bu il ərzində qiymətli metalın dəyəri təxminən 700 dollar artıb.

 

Müqayisə üçün bildirək ki, qızılın dəyəri 2004-cü ildən öncəki iyirmiillik dövrdə belə yüksək sürətlə artmamışdı. 1984-2004-cü illəri əhatə edən 20 ildə qızılın qiyməti 325 dollardan 450 dollara qədər yüksəlib ki, bu da cəmi 38,5 faiz artım deməkdir.

 

Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man