“Tesla”nın səhmlərində REKORD ARTIM - Son 11 ildə ilk yaşandı

İqtisadiyyat 25 Oktyabr 2024 | 12:00
OXUNUB: 7451

“Tesla Inc”in səhmləri son 11 ildə ilk dəfə olaraq 22% artıb.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, şirkətin səhmlərinin kəskin bahalaşmasının səbəbi rüblük gəlirin nəzərəçarpacaq dərəcədə artmasıdır.

 

Məlumatlara əsasən, şirkətin material xərcləri azalıb, istehsal olunan avtomobillərin enerji səmərəliliyi yüksəlib. Bu, şirkətin daha çox qazanmasına şərait yaradıb.

 

Şirkətin əsas səhmdarı və baş icraçı direktoru olan İlon Mask 2025-ci ildə “Tesla” avtomobillərinin daha sərfəli modellərin təqdim edəcəklərini bildirib.

 

Onun sözlərinə görə, bu satışların və gəlirlərin həcmini artıracaq: “Gələn il satışların 20-30% artımını gözləyirik".

 

Qeyd edək ki, İlon Mask dünyanın ən varlı adamıdır. Onun sərvətinin əsas hissəsini “Tesla” şirkətinin dəyəri təşkil edir. “Tesla”nın bahalaşması Maskın da sərvətinin artmasına səbəb olacaq.

 

Vasif

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man