Azərbaycanın bu il pambıq ixracından gəliri KƏSKİN ARTDI - RƏQƏMLƏR

İqtisadiyyat 21 Oktyabr 2024 | 15:24
OXUNUB: 5985

Azərbaycan bu ilin 9 ayı ərzində 151 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 63 milyon dollar və ya 75 faiz yüksəkdir.

 

Sfera.az xəbər verir ki, ixrac dəyərinin artmasına səbəb xaricə satılan pambığın miqdarının kəskin artmasıdır.

 

Ötən ilin 9 ayında xaricə 48 min ton pambıq mahlıcı satıldığı halda, bu il 99,3 min ton pambıq mahlıcı satılıb. Pambığın ixrac miqdarının artmasına baxmayaraq bu il beynəlxalq birjalarda “ağ qızıl”ın ucuzlaşması onun satışından daha çox gəlir əldə etməyə imkan verməyib.

 

Ötən ilin 9 ayında Azərbaycan pambığın bir tonunu 1 840 dollara satdığı halda, bu il satış qiyməti 1 520 dollara enib. Əgər ötənilki qiymətlər qalsaydı, Azərbaycan pambıq ixracından qazancı 183 milyon dollar olacaqdı.

 

Vasif

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man