Azərbaycanda qızıl sürətlə bahalaşır - QİYMƏTLƏR

İqtisadiyyat 21 Oktyabr 2024 | 11:12
OXUNUB: 1286

Beynəlxalq birjalarda qızılın bahalaşması Azərbaycana da sirayət edir.

 

Sfera.az xəbər verir ki, son bir ildə beynəlxalq birjalarda xalis qızılın (999,99 əyar) dəyəri 37,45 faiz artıb. Bir il əvvəl bir troya unsiyası (31,1 qram) 1948 dollar olan qızılın dəyəri hazırda 2747 dollardır.

 

Ötən dövrdə qızılın dəyərində 799 dollar artım baş verib. Eyni dinamika Azərbaycanda da müşahidə edilir. Bir il əvvəl 5 qramlıq 750 əyar qızıl üzüyün dəyəri 595 manat olduğu halda, hazırda 750 manatı ötüb.

 

Dünyanın iri investisiya banklarının proqnozuna əsasən, beynəlxalq birjalarda xalis qızılın qiyməti tezliklə 3000 dollara çatacaq. Bu halda Azərbaycanda da qızıl-zinət əşyasının dəyərinin ən azı 10 faiz artacağını gözləmək olar.

 

Vasif

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man